Parisdə girovları saxlayan silahlı təslim oldu (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Parisdə girovları saxlayan silahlı təslim oldu (YENİLƏNİB)

Paris ətrafında yerləşən Kolomb şəhərinin poçt şöbəsində girovları saxlayan silahlı şəxs polisə təslim olub.

Publika.az xəbər verir ki, bu barədə polisə istinadən “Agence France-Presse” informasiya agentliyi bildirib.

Girovlar azad edilib. Məlumata görə, girovlardan heç biri zərər çəkməyib.

Hüquq-mühafizə orqanları güman edirlər ki, girovların götürülməsi terror aktı deyil. Silahlı şəxsin şəxsiyyəti müəyyən edilib. Onun daha əvvəllər xırda dələduzluğa görə məsuliyyətə cəlb edildiyi bildirilir. Lakin onun adı açıqlanmayıb.

****

Silahlı şəxs Paris ətrafında yerləşən Kolomb şəhərinin poçt şöbəsində iki nəfəri girov götürüb.

Publika.az xəbər verir ki, bu barədə polisə istinadən “Agence France-Presse” informasiya agentliyi bildirib.

Qeyd edilir ki, bir neçə girov silahlı şəxsin əlindən qaçmağı bacarıb. Onların sözlərinə görə, cinayətkar “Kalaşnikov” avtomat ilə silahlanıb və “anlaşılmaz sözlər” deyir. Girov götürülən insanların dəqiq sayı məlum deyil. Müxtəlif məlumatlara görə, onlar üç nəfərdən səkkiz nəfərə qədər olub.

Hadisə yeri mühasirəyə alınıb və poçt şöbəsinin üstündə polis vertolyotu keşik çəkir. Hazırda silahlı şəxslə danışıqlar aparılır.

Hüquq-mühafizə orqanları güman edir ki, girovların götürülməsi terror aktı deyil. RTL radiostansiyasının məlumatına görə, silahlı şəxsin şəxsiyyəti müəyyən edilib. Onun daha əvvəllər xırda dələduzluğa görə məsuliyyətə cəlb edildiyi bildirilir. Lakin onun adı açıqlanmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm