Şallaq və həbs cəzası alan səudiyyəli bloqçunun işinə yenidən baxılacaq
Bizi izləyin

Dünya

Şallaq və həbs cəzası alan səudiyyəli bloqçunun işinə yenidən baxılacaq

Səudiyyə Ərəbistanında 10 il həbsə və 1000 şallaq cəzasına məhkum edlmiş bloqçu və siyasi fəal Raif Bədəvinin işinə yenidən baxılacaq.

Publika.az xəbər verir ki, Amnesty International təşkilatının Tvitter səhifəsində yazdığına görə, "Azad Səudiyyə Liberalları" saytının təsisçisi olan fəala qarşı növbəti şallaq cəzasının icrası tibbi səbəblərə görə təxirə salınıb.

Qeyd edək ki, dədəviyə ötən həftə 50 şallaq vurulub.

2012-ci ildə dinin təhqiri, kibercinayət və atasına tabe olmamaqda ittiham edilən bloqçu həbs edilib. Ötən il məhkəmə onu 1 milyon rial məbləğində (266 min dollar) cərimə, 10 il həbs və 1 min şallaq cəzasına məhkum edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm