Parisdə redaksiyaya hücuma görə 12 nəfər həbs edilib
Bizi izləyin

Dünya

Parisdə redaksiyaya hücuma görə 12 nəfər həbs edilib

Satirik Charlie Hebdo jurnalının redaksiyasına basqından sonra Parisdə 12 nəfər həbs edilib.

Publika.az xəbər verir ki, saxlanılanlar silahlı hücumun təşkilatçılarına "məntiqi dəstək" verənlər olub.

Frans- Press agentliyi bildirir ki, bir neçə saxlanılan hücum edənləri silahla təmin edib. Həmin şəxslər polisin Paris və ətraf şəhərlərə reydi zamanı ələ keçirilib.

Qeyd edək ki, yanvarın 7-də Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasına basqın nəticəsində 12 nəfər həyatını itirib. Daha iki günkü olaylarda isə daha beş nəfər ölüb.

Polis şübhəli qismində iki islamçı qardaşın fotolarını yayıb və daha sonra onları güllələyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm