ATƏT PA-nın baş katibi Gürcüstana gəlib
Bizi izləyin

Dünya

ATƏT PA-nın baş katibi Gürcüstana gəlib

ATƏT Parlament Assambleyasının 2016-cı ildə yaz sessiyasının açılışı Tbilisidə olacaq.


Bunu jurnalistlərə Tbilisidə səfərdə olan ATƏT PA-nın baş katibi Spenser Oliver Gürcüstan xarici işlər nazirinin müavini David Dondu ilə görüşdən sonra bildirib.

Baş katib deyib ki, nazir müavini ilə görüşdə ikitərəfli münasibətlərin inkişafı, eləcə də regiondakı münaqişələrin həlli yolları müzakirə olunub.

ATƏT PA-nın baş katibi Gürcüstana yanvarın 16-da səfərə gəlib. Üç gün davam edəcək səfər çərçivəsində onun bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm