Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunu özündən çıxardı
Bizi izləyin

Dünya

Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunu özündən çıxardı

İsrail baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin fələstinlilərə qarşı müharibə cinayətləri ittihamlarına dair istintaq başlatması tənqid edib.

Publika.az xəbər verir ki, Netanyahu televiziya ilə çıxışında bu addımı absurd adlandırıb.

Netanyahu deyib ki, bu qərarın qəbuledilməzliyi terrorla mübarizədə dünya lideri olan İsrailin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən istintaqa cəlb edilməsindədir. O, eyni zamanda "Həmasın terrorçu cinayətkarlarının" ittihamların təsdiqi üçün əlindən gələni edəcəyini bildirib.

Baş nazir deyib ki, artıq eyni iddianı İslam Dövləti, Əl-Qaidə və Hizbullah da qaldırsa təəccüblənməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm