Separatçıların lideri tapıldı
Bizi izləyin

Dünya

Separatçıların lideri tapıldı

Ukraynada separatçıların lideri, Donetskin keçmiş "xalq qubernatoru" Pavel Qubarev tapılıb.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə onun yaxınları bildiriblər: "Pavel Qubarev sağ-salamatdır və hazırda evdədir. Onu həqiqətən də oğurlayıblar, amma indi hər şey yoluna qoyulub".

Xatırladaq ki, Pavel Qubarev dünən axşam saatlarında naməlum şəxslər tərəfindən oğurlanıb. Maskalı və silahlı şəxslər separatçıların liderinin ofisinə basqın edərək onun mühafizəçilərini yerə uzadıblar, Qubarevin özünü isə naməlum istiqamətdə aparıblar. Onu oğurlayanların çeçenlər olduğu da iddia edilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm