Türkiyədə yanacağın qiyməti bahalaşdı
Bizi izləyin

Dünya

Türkiyədə yanacağın qiyməti bahalaşdı

Türkiyədə benzinin və dizel yanacağının qiyməti bahalaşıb.

Ankara və İzmir şəhərlərində litri 4,08-4,09 lirədən (1,37-1,38 azn) satılan “Premium” markalı benzinin qiyməti 4,12-4,13 lirəyədək (1,39 azn) qaldırılıb.

İstanbulda isə benzinin litrinin qiyməti 4,11-4,13 lirə (1,39 azn) olub.

Dizelin satış qiyməti isə Ankarada 3,58 lirədən (1,20 azn) 3,64 lirəyə (1,22 azn), İstanbulda 3,51-3,54 lirədən (1,18-1,19 azn) 3,57-3,60 lirəyə (1,20-1,21 azn) qalxıb.

Qeyd edək ki, Türkiyədə yanacaqpaylama şirkətləri rəqabətdən asılı olaraq şəhərlərə görə qiymətlərdə kiçik fərqlər edirlər.

axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm