Roma Papası ailədə ideal uşaq sayını açıqladı
Bizi izləyin

Dünya

Roma Papası ailədə ideal uşaq sayını açıqladı

Katolik dünyasının ruhani lideri Roma Papası Francisk Filippinin paytaxtı Maniladan Romaya etdiyi təxminən 15 saatlıq uçuş zamanı onu müşayiət edən jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Papa Franciskin ailədəki uşaqların sayı ilə bağlı açıqlaması xüsusi diqqət çəkib.

Papa Francisk “Bəziləri yaxşı bir katolik olmaq üçün dovşanlar kimi olmağın lazım olmadığına inanır" deyərək ailədə valideynlərin məsuliyyətinin əhəmiyyətini xatırladıb və ailə üçün 3 uşağın ideal olduğunu açıqlayıb. O, kilsə tərəfindən bəyənilən və uşaq doğumunu tənzimləyən çoxlu üsulların olduğunu qeyd edib. Papa Fransisk həmçinin kilsənin hamiləliyi süni şəkildə dayandırmağa qarşı olduğunu xatırladıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm