Dünya
Ər arvadının məşuqunu pərdənin arxasında tapdı
37 yaşlı müəllim həyat yoldaşını evində keçmiş tələbəsilə uyğunsuz vəziyyətdə yaxalayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aydının Nazili mahalında yaşayan E.Ö. adlı müəllim ər 14 illik həyat yoldaşı, ixtisasca müəllim olan, 1 uşaq anası M.Ö.-nü evdə keçmiş tələbəsi, 22 yaşlı R.Ş. ilə intim münasibətdə olarkən yaxalayıb. Və bu səbəbdən də ər arvadını boşayıb.
İddiaya görə, dərsi bitdikdən sonra məktəbdən evə qayıdan ər özündəki açarla qapını açmağa çalışıb, lakin buna nail ola bilməyib. Təxminən 5 dəqiqədən sonra onun həyat yoldaşı M.Ö. saçı islaq, özü isə təlaşlı halda qapını açır. Durumdan şübhələnən ər dərhal otaqları axtarmağa başlayır. Uşaq otağına daxil olduqda E.Ö. arvadının məşuqunu pərdənin arxasındla yarıçılpaq vəziyyətdə tapıb. O, bu gənclə qarşılaşdıqda şoka düşür. Çünki M.Ö.-nün məşuqu E.Ö.-nün keçmiş tələbəsi olub.
Beləliklə, arvadı ilə həmin gənci otağa salıb qapını bağlayan ər, bir yaxını ilə vəkilini evinə dəvət edir. Ər mobil telefonla çəkdiyi foto şəkilləri dəlil olaraq vəkilinə təqdim etdikdən sonra hadisə ilə bağlı polisə məlumat verib. Olay yerinə gələn polis əməkdaşları ərinə xəyanət edən qadını və onun məşuqunu polis idarəsinə aparıblar. M.Ö.ifadəsində R.Ş. ilə 6 ildir ki, intim münasibətdə olduğunu etiraf edib: «Ərimdən şikayətim yoxdur. Evdən getməyə də hazıram. Ondan heç nə tələb etmirəm». 22 yaşlı gənc də məşuqəsinin dediklərini təsdiqləyib.
Qeyd edək ki, xəyanətə məruz qalmış ər məhkəmə qərarı ilə arvadını elə ilk prosesdə boşayıb. Bundan başqa, hakim keçmiş cütlüyün yeganə övladının valideynlik hüqununu ataya verib.
Vazeh
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT