Rusiya vizası almaq çətinləşir
Bizi izləyin

Dünya

Rusiya vizası almaq çətinləşir

26 yanvardan etibarən Rusiyaya səyahət etmək istəyən turistlər üçün viza almaq çətinləşəcək.

Publika.az xəbər verir ki, bu bardə Rusiya Turoperatorlar Assosiyasiyasından bildiriblər. Məlumata görə, viza üçün müraciət edən xarici vətəndaşlar anketlərində səyahət edəcək marşrutlarını göstərməli olacaqlar. Yeni anketlər Federal Miqrasiya Xidmətinin saytında yerləşdirilib.

Müvafiq sənəddəki qrafada vizaya müraciət edən şəxs baş çəkəcək yaşayış məntəqələrinin adlarını göstərməlidir. Viza üçün müraciət edən həmçinin miqrasiya qeydiyyatının ünvanı ilə yanaşı dəvət və qarşılayan tərəf barədə məlumat verməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm