ABŞ “Əsəd hələlik qalsın” dedi
Bizi izləyin

Dünya

ABŞ “Əsəd hələlik qalsın” dedi

ABŞ İŞİD terror təşkilatına görə Suriya və Bəşər Əsəd rejimi ilə bağlı siyasətində dəyişiklik edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times” qəzetinin analizində deyilir.

Analizdə qeyd edilir ki, ABŞ Əsədin hakimiyyətdən uzaqlaşdırılacağı halda mövcud xaos mühitini yaradan radikal qruplaşmaların qarşısında heç bir gücün qalmayacağının fərqindədir. Bildirilir ki, ABŞ Əsədlə bağlı siyasətini yenidən gözdən keçirib və Əsədin “hələlik” postunda qalmasının bölgədə sabitlik baxımından daha faydalı olacağını düşünür.

“ABŞ təyyarələri İŞİD-i bombalayır. Amerikalı səlahiyyətlilər vasitəçilərlə Əsədin ordusunu hədəf almadığını bildirirlər. ABŞ üsyançıları öyrədir, amma Əsədə qarşı deyil, İŞİD-ə qarşı döyüşməsi üçün…” - qəzet yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm