Yuşşenko zəhərlənməsi haqda: ”Budur, o lənətə gəlmiş aşı gətirirlər”
Bizi izləyin

Dünya

Yuşşenko zəhərlənməsi haqda: ”Budur, o lənətə gəlmiş aşı gətirirlər”

Yuşşenko zəhərlənməsi haqda: ”Budur, o lənətə gəlmiş aşı gətirirlər”

Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko memuarlardan ibarət kitabının çapına hazırlaşır.

“Axar.az” Ukrayna mediasınıa istinadən xəbər verir ki, “Dövlətdən kənar sirlər” adlanacaq nəşrin satışına martın əvvəlində başlanılacaq.

Kitab 500 yazılı və 64 foto-arxiv səhifələrdən ibarətdir. Bu barədə kitabın çapını öz üzərinə götürmüş “Folio” nəşr evinin baş direktoru Aleksandr Krasovitski məlumat verib. Kitab 3 min tirajla buraxılacaq, satış qiyməti 100-150 Ukrayna qriveni olacaq.

Yuşşenko kitabla bağlı artıq kiçik anons da verib. O, zəhərlənməsi barədə memurlarında yazır: ”Stolun üstünə salatlar qoyulmuşdu. Sonra isti yeməklər gətirdilər və budur, lənət gəlmiş həmin aşı gətirirlər. Aşı tək böyük qabda deyil, porsiyalar şəkilində payladılar. Əminəm ki, zəhəri məhz həmin aşın içərisinə vurmuşdular”.

Yuşşenko bildirib ki, zəhərlənməsi olayı Ukraynanın Xüsusi Kəşfiyyat Orqanı rəhbərinin keçmiş müavini Vladimir Saçyukun bağında cərəyan edib. Keçmiş prezident əminlik ifadə edib ki, onun zəhərlənməsinə göstəriş verənlərin adlarını bilir: ”Saçyuk və digərləri sadəcə, icraçıydılar. Hazırda onlar Ukrayna sərhədləri kənarındadı. Hər dəfə jurnalistlər məndən soruşanda ki, sizi zəhərləyənin kimliyini bilirsinizmi, cavab verirəm: - Bəli, bilirəm. O da bilir, mən də bilirəm”.

Viktor Yuşşenko Ukraynada cərəyan edən hadisələrə, Yanukoviç-Timoşenko siyasi qarşıdurmasına da kitabında yer ayırıb.

Xatırladaq ki, birinci Maydan hadisələri zamanı Yüşşenkonun xalqın etimadını qazandığını görən siyasi rəqibləri onun zəhərlənməsinə qərar vermişdilər. Ukrayna təhlilçiləri əminliklə həmin “əllər”in Kremldən uzandığını vurğulayırdılar. Maraqlıdır, Yeşşenkonun “O da bilir, mən də bilirəm” dediyi şəxs kimdir?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm