ABŞ polisi daha bir qaradərilini güllələdi - VİDEO
Bizi izləyin

Dünya

ABŞ polisi daha bir qaradərilini güllələdi - VİDEO

Birləşmiş Ştatların şimal-şərq Nyu-Cersi ştatının rəsmiləri avtomobilin dayandırılmasına göstəriş verən iki polis işçisinin silahsız qaradərili sürücünü güllə ilə vurub öldürdüyü göstərilən videonu nümayiş etdirib.

Publika.az xəbər verir ki, hadisə dekabr ayının 30-da Bricton şəhərində qeydə alınıb. Videoda 36 yaşlı Ceremi Reydin idarə etdiyi avtomobilin polis işçiləri Brahim Deys və Rocer Vorli tərəfindən saxlandığını və polis işçilərinin silahlarını çıxardıqlarını görmək olur. Bundan sonra polisin maşında qalması tələbini yerinə yetirməyərək, əllərini yuxarı qaldıraraq maşından çıxan Reyd polis tərəfindən vurulur.

Hadisə bu yaxınlarda silahsız qaradərililərin polis tərəfindən öldürülməsinə etiraz aksiyalarının keçirildiyi Ferquson və Nyu-York şəhərlərində olduğu kimi Filadelfiya yaxınlığındakı kiçik şəhərdə də etirazlara yol açıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm