Polis “sxodka”nı dağıtdı: 8 “qanuni oğru” həbs olundu
Bizi izləyin

Dünya

Polis “sxodka”nı dağıtdı: 8 “qanuni oğru” həbs olundu

Hüquq-mühafizə orqanlarının əməkdaşları dünən «sxodka» zamanı 8 «qanuni oğru»nu həbs edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları Böyük Savvinski Xiyabanı yaxınlığında yerləşən «Paytaxt» şirkətinin ofisində «sxodka» keçirən «qanuni oğru»lara basqın təşkil edib.

Verilən məlumatda bildirilir ki, həmin «sxodka»da «dedovskiy» klanın üzvü olan kriminal avtoritetlər – «Tyurik», «Sirkaç», «Voskres», «Zabava» və «Teko» iştirak edib. Onlar ötən ilin payızında «dedovskiy» klanından ayrı, müstəqil fəaliyyətə başlayan slavyan «qanuni oğru»larından olan «Şişkana», «Muxi», «Pana», «Kostılya» və «Samarovski» ilə Kazandakı vəziyyəti, daha dəqiq desək, yeni peyda olan kriminal avtoritet Roma Sıçın məsələsini müzakirə ediblər.

Qeyd edək ki, polisin keçirdiyi əməliyyat bununla yekunlaşmayıb. Belə ki, polis «sxodka»da iştirak etmiş, lakin basqın zamanı aradan çıxmağı bacaran «Piçuqa» ləqəbli kriminal avtoritetin və onun adamlarının – «Maçik» və «Radjik»in yaxalanması istiqamətində müvafiq araşdırmalar aparıb. Son nəticədə onları Novinski bulvarında yerləşən «Zafferano» restoranında yaxalamağa müvəffəq olub.

Baş tutmuş əməliyyat zamanı ümumilikdə 8 kriminal avtoritetin həbs olunduğunu vurğulayan Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, «Radjik» ləqəbli «qanuni oğru» saxlanıldığı zaman onun üzərindən külli miqdarda narkotik maddə aşkarlanıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm