Terrorçular içində 100 milyard dollar olan bankı tutdular
Bizi izləyin

Dünya

Terrorçular içində 100 milyard dollar olan bankı tutdular

Liviya mərkəzi hakimiyyətinin nəzarətində olmayan silahlılar ölkə Mərkəzi Bankının Benqazi şəhərində yerləşən bölməsini tutub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bankda ölkənin valyuta ehtiyatlarının əsas hissəsi saxlanılır.

Məlumata görə, silahlılar tərəfindən ələ keçirilən bankda neft satışından əldə olunan təxminən 100 milyard dollar var. Liviyanın Mərkəzi Bankı 2013-cü ildə bəyan edib ki, müharibənin başlandığı 2011-ci ildən ölkənin valyuta ehtiyatları 321 milyard dollardan 113 milyarda qədər azalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm