Şahzadə Davosda qalmaqallı cinsi əlaqəsindən danışdı
Bizi izləyin

Dünya

Şahzadə Davosda qalmaqallı cinsi əlaqəsindən danışdı

York şahzadəsi Endryu Davosda ABŞ vətəndaşı olan qadınla görüşdüyünü təkzib edib.

O, ilk ictimai çıxışında Buckingham Sarayı tərəfindən bildirilən təkzibləri "təkrarlamaq" istədiyini deyib.

Publika.az-ın məlumatına görə, şahzadə bu barədə Davos Dünya İqtisadi Forumunda onun sədrliyi ilə biznes nümayəndələrinin iclasdan sonra bildirib.

"Mən bütün diqqətimi işə yönəltmişəm və bu axşamkı ziyafət mənə imkan verir ki, sözlərimi deyim", - şahzadə əlavə edib.

Bu arada Virginia Robertsin vəkili isə Florida məhkəməsinə təqdim etdiyi sənədləri yenidən işləyib.

Virginia Roberts 17 yaşında olarkən mühasib işləmiş bir qadın vasitəsilə şahzadə Endryu ilə görüşdüyünü və onunla cinsi əlaqəyə girməyə məcbur edildiyini iddia edir.

Britaniya taxt-tacına növbədə 5-ci olan 54 yaşlı şahzadə Endryu 2011-ci ilin iyulunda Epsteinlə ziddiyyətli tanışlığına görə ölkəni xaricdə təmsil edən ticarət elçisi vəzifəsindən istefa verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm