Dünya
"PayPal" və "Google" Krımda fəaliyyətini dayandırdı
İnternet ödənişləri üzrə ABŞ-ın PayPal sistemi Rusiyaya qarşı Qərbin sanksiyalarına görə Krımda fəaliyyətini dayandırmalı olduğunu elan edib.
Publika.az xəbər verir ki, sistemin yerli istifadəçiləri dünəndən etibarən müvafiq bildirişlər aldıqlarını deyiblər.
“Təəssüflər olsun ki, biz hazırda Krımdakı müştərilərimiz üçün xidmət göstərə bilmirik”, - Paypal şirkətinin bəyanatında deyilir.
O cümlədən ötən gün Google AdSense-in Krımda qeydiyyatdan keçmiş reklam hesabları da bağlanıb və onlardan pul vəsaitlərinin çılxarılması mümkün olmayıb.
"Sizin hesabınız Krımda yerləşir. Bu regiondan olan abunəçilər bu yaxınlarda qüvvəyə minmiş sanksiyalara görə Adsense-lə əməkdaşlıq edə bilməzlər" - Google şirkətinin məlumatında deyilir.
Bundan əlavə Apple şirkətinin Krımda qeydiyyata alınmış hesabları da dondurulub.
Dekabr ayının sonunda ABŞ prezidenti Krıma mal, texnologiya və xidmətlərin ixracını yasaqlayan qərara imza atıb.
Barack Obamanın sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar göstərməlidir ki, Krımı ilhaq etməklə Vladimir Putin strateji səhvə yol verib.
Dekabr ayının sonunda Krıma qarşı Avropa sanksiyaları da qüvvəyə minib. Bundan sonra Visa və MasterCard ödəniş sistemləri də Krımdakı fəaliyyətlərinin dayandırıldığını elan ediblər.
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO