Rusiyada seçki sistemi dəyişdi
Bizi izləyin

Dünya

Rusiyada seçki sistemi dəyişdi

Rusiya Dövlət Duması fevralın 14-də qarışıq seçki sisteminə keçid haqqında qanunu qəbul edib. İndən belə parlamentin aşağı palatasına seçki həm proporsional (partiya siyahıları üzrə - 225 deputat), həm də majoritar (təkmandatlı dairələr üzrə - 225 deputat) sistemlə seçiləcək. İndiki parlament yalnız proporsional sistem üzrə formalaşdırılıb.

“Media forum” saytı xəbər verir ki, başqa bir yeniliyə görə, növbəti parlament seçkisində axırıncı seçkidə ən azı 3 faiz səs toplamış partiyalar iştirak edə biləcək. Həmin partiyanın regional parlamentlərin birində ən azı 1 deputatla təmsil olunması da şərtdir.

Duma proporsional sistem üzrə keçid balının 7 faizdən 5 faizə endirilməsinə də səs verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm