Rusiyalı hərbi ekspert: “Bu halda Putinin köməyinə müharibə gələcək”
Bizi izləyin

Dünya

Rusiyalı hərbi ekspert: “Bu halda Putinin köməyinə müharibə gələcək”

“Rusiyanın Ukraynaya açıq və tammiqyaslı hərbi müdaxiləsi təhlükəsi yayda artacaq”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, “Yeni qəzet” nəşrinin əməkdaşı Pavel Felqenqauer bildirib.

Onun fikrincə, Kremlin bundan sonrakı planları həm də Ukraynada baş verə biləcək proseslərlə bağlıdır: “Rusiya açıq müharibədə maraqlı və indiki halda buna hazır da deyil. Kreml Ukraynaya hərbi, siyasi və iqtisadi təzyiqi davam etdirmək niyyətindədir. Putin rəhbərliyi ukraynalıların səbrinin tükənəcəyinə və bunun Kiyevdə rejim dəyişikliyinə gətirib çıxaracağına ümid edir”.

Felqenqauer qeyd edib ki, daxili problemlərdən rusiyalıların dıqqətini yayındırmaq üçün müharibəyə ehtiyac yarana bilər: “Rusiya Federasiyasında sosial partlayış vəziyyəti yalnız kəskinləşdirə bilər. Çünki bu halda Qərblə və Ukrayna ilə münaqişəni gücləndirmək üçün real stimul yaranacaq. Moskvada kartofun kiloqramı hazırda 80 rubldur və aprel ayında 150-200 rubla qədər qalxacağı gözlənilir. Bu halda isə Putinə müharibə lazımdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm