Dünya
İordaniyadan İŞİD-ə təklif: yapon girov terrorçu qadınla dəyişdirilsin
İordaniya İŞİD-ə yapon girovun həbsdə olan terrorçu
qadınla dəyişdirilməsini təklif edib. Həmin yaponla birlikdə Əmman
2014-cü ildə İordaniya hərbi-hava qüvvələrinə məxsus təyyarəsi
Suriya üzərində vurulan pilotun da azad olunmasına nail olmaq
istəyir.
AzərTAc xəbər verir ki, bu barədə Kyodo informasiya agentliyinin
İordaniya parlamentinin xarici siyasət komitəsinin sədri Bassam
əl-Manasirə əsasən yaydığı məlumatda bildirilir.
İordaniya parlamentinin deputatı bildirib ki, Əmman girovların
azad olunması müqabilində terrorçulardan birini sərbəst buraxa
bilər. Bassam əl-Manasir deyib: “Bir terrororçunun əvəzində
girovların buraxılması problemin ən yaxşı həlli yoludur. Bununla
bərabər, İŞİD-in girovların azad edilməsi üçün daha yuxarı qiymət
təklif edəcəyi də gözləniləndir”.
Siyasətçi qeyd edib ki, öz təyyarəçisinin taleyi üçün narahat
olan Əmman yapon girovun azad olunmasına ayrılıqda baxa bilməz.
Əgər biz onu danışıqlardan kənara qoysaq, İŞİD təyyarəçini öldürə
bilər.
Yanvarın 26-da Yaponiyanın Baş naziri Şinzo Abe Xarici İşlər
Nazirliyinə İordaniya tərəfi ilə mümkün dəyişikliklə bağlı
danışıqları fəallaşdırmağı tapşırıb.
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi