Dünya
Azərbaycanlı "qanuni oğru" ad günündə həbs olundu - VİDEO
Dünən Rusiya hüquq mühafizə orqanları tərəfindən azərbaycanlı «qanuni oğru» həbs olunub.
Publika.az «Praym Kraym» informasiya agentliyinə istinadən xəbər verir ki, ötən gün Moskva şəhərinin Altayski küçəsindəki «Neolit» kafesində azərbaycanlı «qanuni oğru», «Yunus Yasamalski» ləqəbilə tanınan 54 yaşlı Yunus Nəzərovun ad günü qeyd olunub.
Verilən məlumata görə, həmin tədbirdə 50-dən artıq «qanuni oğru» iştirak edib. Həmçinin o da bildirilir ki, «Yunus Yasamalski» müəyyən səbəblər üzündən ad gününü 2 gün öncədən qeyd etməyə qərar verib.
Beləliklə, «qanuni oğru»lar həmkarlarını ad günü münasibətilə təbrik etməyə toplansalar da, Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları buna imkan verməyib. Belə ki, mərasimin başlanmasından bir qədər sonra xüsusi təyinatlılar kafeyə basqın təşkil ediblər. Xoşbəxtlikdən, sözügedən əməliyyat Yunus Nəzərov üçün ağır nəticə verməyəcək. Yəni 20 il ümumi cəzaçəkmə müəssisəsində məhkum həyatı yaşamış «Yunus Yasamalski»ni bu dəfə həbs təhlükəsi gözləmir. Odur ki, Rusiya ərazisində qeyri-qanuni şəkildə yaşadığına görə, onu tezliklə vətəndaşı olduğu ölkəyə – Azərbaycana deportasiya edəcəklər.
Vazeh
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ