Uruqvay prezidenti: " ABŞ və Avropa marixuana üçün böyük bazardır"
Bizi izləyin

Dünya

Uruqvay prezidenti: " ABŞ və Avropa marixuana üçün böyük bazardır"

Uruqvay Prezidenti Xose Mujika deyib ki, marixuana üçün böyük bazar olan ölkələr ondan istifadənin tənzimlənməsi yollarını müzakirə etməlidirlər.Onun fikrincə, marixuananı birmənalı qadağan etməkdənsə, alternativ yollar axtarmaq və onun nizamlanmış satışına icazə vermək lazımdır.

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, Uruqvay bu yaxınlarda çətənənin istehsalınlı və satışını leqallaşdırıb.78 yaşlı, keçmiş partizan X. Mujika deyib ki, narkotiklər üçün böyük bazar olan ölkələr qadağandan başqa vasitələr barədə də düşünməlidirlər.

Cənab Mujika ABŞ-ın bəzi ştatlarında marixuananın leqallaşdırılmasını “şəksiz təkamül” adlandırıb.ABŞ-da Vaşinqton və Kolorado ştatları çətənəni leqallaşdırsa da, federal qanunlar dəyişməyib.

Xatırladaq ki, Uruqvayın yeni qanunu vətəndaşlara ildə altı ədəd marixuana əkməyə və lisenziyalı əczaxanalardan ayda 40 qram miqdarında bu narkotikdən almağa imkan verir.Prezident deyib ki, Uruqvayın hazırda etdiyi qarantiyasız eksperimentdir.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm