Dünya
Süd Yolunun itirilmiş kütləsi görün harada gizlənib...
Hamburq Universitetinin tədqiqatçıları ehtimal edirlər ki, Süd Yolu qalaktikasının "çatışmayan" adi maddəsinin böyük bir hissəsi 3I/ATLAS kometinə bənzər ulduzlararası obyektlər şəklində ola bilər. Müəlliflərin hesablamalarına görə, belə obyektlər əvvəllər qaranlıq maddəyə aid edilən kütlənin 13-dən 45%-ə qədərini izah edə bilər.
Publika.az xəbər verir ki, araşdırmanın ilkin mətni "arXiv" serverində dərc olunub.
2026-cı ilə qədər astronomlar cəmi üç ulduzlararası obyekt qeydə ala biliblər: 1I/Oumuamua, 2I/Borisov və onların arasında ən böyüyü olan, radiusu 0,16 ilə 2,8 km arasında dəyişən 3I/ATLAS. 3I/ATLAS-ın yaşı Günəş sisteminin yaşından iki dəfə çox – 11 milyard il qiymətləndirilir ki, bu da onu erkən Kainatın relikti edir.
Hamburqlu astrofiziklər hesablayıblar ki, əgər bütün Süd Yolunda ulduzlararası obyektlərin sıxlığı Günəşin ətrafındakı kimidirsə, bu populyasiyanın ümumi kütləsi ənənəvi olaraq qaranlıq maddəyə aid edilən göstəricilərlə müqayisə oluna bilər. Metodoloji cəhətdən əsas zəiflik üç müşahidə əsasında ekstrapolyasiya aparılmasıdır, lakin hesablamaların riyazi tərəfi düzgündür.
Əgər bu fərziyyə doğrudursa, Süd Yolu ulduz sistemləri arasında hərəkət edən trilyonlarla kometabənzər cismi ehtiva edir. Vera Rubin teleskopu hər il onlarla belə obyekti aşkar etməli və fərziyyəni yoxlamaq üçün statistik məlumat verməlidir. Bir sıra astrokimyaçılar həmçinin qeyd edirlər ki, belə cismlər planet sistemləri arasında üzvi molekulların daşıyıcısı ola bilər ki, bu da həyatın ayrı-ayrı sistemlərdə yaranmasının unikallığını azaldır.
Hüseyn İbadlı
-
Magazin123:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin121:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı













.jpg)




















