İŞİD Misiri qan gölünə çevirdi: 26 ölü
Bizi izləyin

Dünya

İŞİD Misiri qan gölünə çevirdi: 26 ölü

“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının Misir qanadı Sinay yarımadasında silsilə terror aktları həyata keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ariş və Refah şəhərlərində törədilən terror aktlarında 26 nəfər həlak olub.

Terror aktlarına görə məsuliyyəti “Ənsar Beyt əl-Makdis” (“Qüds partizanları”) qruplaşması üzərinə götürüb.

Məlumata görə, terror qruplaşmasının döyüşçüləri Refah və Arişdə təhlükəsizlik xidmətinin qərargahı, hərbi baza, mehmanxana və sərhəd-buraxılış məntəqəsinə hücum edib. Terror aktı həmçinin “Al-Axram” qəzetinin redaksiyasında törədilib. Qəzetin altı əməkdaş həlak olub. Yaralıların sayının yüzə çatdığı bildirilir.

Xatırladaq ki, “Ənsar Beyt əl-Makdis” ötən ilin noyabr ayında İŞİD-ə biət edib. Qruplaşmanın daha əvvəllər də İŞİD-ə dəstək verdiyi barədə iddialar irəli sürülürdü. İŞİD-ə sədaqət andı ilə bu iddialar təsdiqlənmiş oldu.

Qahirənin təxirəsalınmaz işlər üzrə məhkəməsi 2014-cü ilin aprel ayında “Ənsar Beyt əl-Makdis” qruplaşmasını terrorçu təşkilatların siyahısına daxil edib. İstintaq məlumatlarına görə, 2013-cü il iyul ayında prezident Məhəmməd Mursi hakimiyyətdən kənarlaşdırılandan sonra ölkədə törədilmiş terror aktlarının əksəriyyətində bu terror şəbəkəsinin əli olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm