400 nəfər Ərdoğanın partiyasından getdi
Bizi izləyin

Dünya

400 nəfər Ərdoğanın partiyasından getdi

Türkiyə Seferihisar mahalının keçmiş bələdiyyə başçısı və bələdiyyə başçılığıa namizəd Ümid Cingöz 400 nəfərlə birlikdə Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verib.

Publika.Az –ın “Radikal” qəzetinə istinadən verdiyi məlumata görə, Ü.Çingöz istefa qərarını seçki öncəsi ölkədə baş verənlərlə bağlı olduğunu bildirib.

Bələdiyyə başçılığıa namizəd onunla birlikdə partiyadan istefa verən 400 üzvün bundan sonra müstəqil şəkildə siyasətlə məşğul olacağını qeyd edib. O, özünün isə bundan sonra əsla AKP-yə qayıtmayacağını sözlərinə əlavə edib.

Qeyd edək ki, 17 Dekabr “sui-istifadə əməliyyatı”ndan sonra istefalar AKP üçün ciddi problemə çevrilib. Son olaraq keçən ayın sonunda partiyadan çıxarılmaq üçün AKP-nin intizam komitəsinə göndərilən İstanbul millət vəkili Məhəmməd Çetin istefa vermişdi. Daha əvvəl isə keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Ankara millət vəkili Haluk Özdalga və İzmir millət vəkili Ərdal Kalkan eyni addımı atmışdı. 17 Dekabr əməliyyatlarından əvvəl isə millət vəkilləri Hakan Şükür və İdris Bal partiyadan istefa vermişdi.

Mart ayında keçiriləcək bələdiyyə seçkiləri öncəsi isə yeni istefa dalğasının olacağı ehtimal edilir. Belə ki, dini lider Fəthullah Gülənlə bağlı son səs qeydlərinin biri AKP-dən olan millət vəkilləri ilə bağlı isi. Səs qeydlərində 70-ə qədər millət vəkilinin partiyadan istefa verəcəyi və yeni bir partiyanın qurulacağı bildirilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm