Dünya
Afina şokdadır: Egeydə görünməyən savaş - Türkiyə üstünlüyü ələ keçirdi
Yunanıstanın “Topontiki” qəzeti Türkiyənin Egey dənizində pilotsuz uçuş aparatları (PUA), müşahidə təyyarələri və elektron kəşfiyyat sistemləri ilə həyata keçirdiyi fəaliyyətlərin Yunanıstan üçün ciddi təzyiq yaratdığını yazıb.
Publika.az xəbər verir ki, məqalədə Ankaranın son illərdə formalaşdırdığı çoxqatlı kəşfiyyat və müşahidə sisteminin "tükəndirmə müharibəsi" strategiyasına çevrildiyi qeyd olunub.
Bildirilib ki, Türkiyə birbaşa qarşıdurmaya girmədən Yunanıstanın hava müdafiə sistemlərinin reaksiyasını izləyir və bu yolla əməliyyat məlumatları toplayır.
Nəşrə görə, “Bayraktar TB2”, “ANKA”, “ANKA-S” və “Aksunqur” PUA-ları, həmçinin “CN-235” və “ATR-72” təyyarələri Egey üzərində fasiləsiz müşahidə şəbəkəsi yaradır.
“Türkiyə bu vasitələrlə Yunanıstanın radar sistemlərindən döyüş təyyarələrinin havaya qalxmasına qədər bütün reaksiya zəncirini təhlil edir. “F-16” və “Rafale” qırıcılarının PUA-lara qarşı tez-tez havaya qalxması Yunanıstan üçün yüksək maliyyə yükü yaradır və bu, Türkiyəyə strateji üstünlük qazandırır”, - məqalədə vurğulanıb.
Qəzetin qənaətinə görə, Egey dənizində rəqabət artıq döyüş təyyarələrindən daha çox sensorlar, məlumat şəbəkələri və kəşfiyyat sistemləri üzərindən aparılır.
Müəllif: Roza
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
















.png)
















