Dünya
“Əl-Qaidə” Fransaya xəbərdarlıq etdi
“Əl-Qaidə” terror təşkilatının Yəmən qolu yeni terror aktları haqqında Fransaya xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə terror fəaliyyətinin monitorinqi ilə məşğul olan SITE təşkilatına istinadən “Agence France-Presse” informasiya agentliyi bildirib.
“Sizi müsəlmanlara qarşı təcavüzə son qoymalısınız. O halda təhlükəsizlikdə yaşayacaqsınız. Əgər siz müharibə aparmağa davam edəcəksinizsə, o halda yaxşı xəbərləri gözləyin”, - terror qruplaşmasının liderlərindən olan Harit al-Nadhari xəbərdarlıq edib. O, əlavə edib ki, “Allahın əsgərləri” “Fransanın oğulları”na Məhəmməd peyğəmbərə hörmət etməyi və söz azadlığınin sərhədlərinin olduğunu öyrətdilər.
Qeyd edək ki, “Əl-Qaidə” terror təşkilatının Yəmən qolunun əsası 2009-cu ildə qoyulub. Təşkilat 2011-ci ildə Yəmən prezidenti Abdulla Salehin devirilməsində iştirak edib.
Ömər Dağlı
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO