Ukrayna ilə bağlı Minsk görüşü başa çatıb
Bizi izləyin

Dünya

Ukrayna ilə bağlı Minsk görüşü başa çatıb

Ukraynanın şərqində vəziyyətin nizamlanması üzrə əlaqə qrupunun Minskdə keçirilən görüşü başa çatıb.

Publika.az-ın məlumatına görə, qapalı şəraitdə keçən görüş 3 saatdan çox davam edib. Qondarma Donetsk xalq respublikasının səlahiyyətli nümayəndəsi Denis Puşilin danışıqların yekunu barədə mətbuat üçün bəyanat veriləcəyini bildirib.

Belarusun paytaxtında aparılan danışıqlarda Ukraynanın sabiq prezidenti Leonid Kuçma, qondarma Donetsk və Luqansk respublikalarının səlahiyyətli nümayəndələri Denis Puşilin və Vladislav Deyneqo, həmçinin ATƏT sədrinin xüsusi nümayəndəsi Haydi Talyavini və Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm