Misir terrorçulara müharibə elan etdi
Bizi izləyin

Dünya

Misir terrorçulara müharibə elan etdi

Misir prezidenti Əbdül Fəttah əs Sisi terrorizmə qarşı amansız müharibə elan etdiyini bəyan edib.

Misirin hərbi qüvvələri Ali Şürasının Sinay yarımadasında baş verən terror hücumlarına həsr olunmuş iclasından sonra xalqa telemüraciətində ölkə başçısı bildirib ki, Misiri terrorla çox çətin və uzunmüddətli mübarizə qözləyir.

“Biz bu yolda ölkəmiz və bütün reqion naminə hər bir çətinliyə hazırıq”,- Misir prezidenti qeyd edib. P deyib ki, ölkəsi dünyanın ən təhlükəli məxfi təşkilatı ilə qarşılaşıb və müqavimət qöstərmək çox çətin olsa da, misirlilər öz mənəvi qücü ilə buna son qoymaq iqtidarındadırlar.

“Mən haziram ki, məni öldürəcəklər, amma biz Sinayı və Misiri qoruyub saxlayacayıq. Bu yoldan dönn deyiləm”- Sisis qeyd edib.

Qeyd edək ki, Misirin Sinay yarımadasında yanvarın 29-da hərbi posta terrorçular tərəfindən hücum edilib. Nəticədə onlarla insan həlak olub və yaralanıb. Hadisə ilə əlaqədar Misir prezidenti Əbdül Fəttah əs Sisi Efiopiya səfərini yarımçıq qoyaraq vətəninə dönüb.

Misir prezidenti Suyes kanalının şərqində Vahid komandanlıgın yaradılması barədə fərman imzalayıb. Terrorizmə qarşı mübarizə məqsədilə yaradılan bu quruma qeneral-mayor Üsama Əskər başçılıq edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm