İraqın neft məntəqələri İŞİD-dən geri alındı
Bizi izləyin

Dünya

İraqın neft məntəqələri İŞİD-dən geri alındı

İraqdakı kürd qüvvələr bu gün İslam Dövləti yaraqlılarının ələ keçirdiyi neft məntəqələrinə nəzarəti geri alıb. Ancaq obyektlərin işçilərinin taleyi barədə müxtəlif məlumatlar daxil olmaqdadır.

Publika.az-ın məlumatına görə, Reuters xəbər agentliyi dövlətin nəzarətində olan Şimal Neft Şirkətinin iki rəsmisinə istinadən İraqın şimalındakı Xabbaz neft yatağından 15 işçinin itkin düşdüyünü bildirsə də, Fransa xəbər agentliyi (AFP) girov götürülən 24 işçinin sərbəst buraxıldığını yazır. Təhlükəsizlik rəsmiləri isə obyektlərdə partlayıcı maddələrin yerləşdirildirilə biləcəyinə dair xəbərdarlıq edib.

Kürd hərbi mənbəsi bildirib ki, döyüşlər zamanı peşmərgə mayoru snayper gülləsi ilə öldürülüb.

Dünən isə İslam Dövləti qrupunun yaraqlıları yüksək rütbəli kürd komandiri və təxminən beş kürd döyüşçüsünü öldürüb.

Briqada generalı Şirko Fatih və beş döyüşçü Kərkük şəhəri yaxınlığında gedən döyüşlərdə həlak olmuşdu.

Fransa mətbuat agentliyi atışma zamanı 46 nəfərin yaralandığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm