Separatçılar hərbi texnikanın 95 faizini “cəhənnəm”ə göndərib
Bizi izləyin

Dünya

Separatçılar hərbi texnikanın 95 faizini “cəhənnəm”ə göndərib

Separatçılar bütün güclərinin 95 faizini Donetsk vilayətinin Debaltsevo rayonunun mühasirəyə alınması üçün yönəldib.

Publika.azunian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko “Facebook” səhifəsində yazıb.

“Kəşfiyyatımızın məlumatına görə, separatçılar hərbi texnikasının 95 faizini Debaltsevonun mühasirəyə alınması üçün Çernuxino və Uqleqorska göndərib. Deməli, onların zəif olduğu yerlərdə arxadan zərbə vurmaq və yayındırıcı manevrlər həyata keçirmək lazımdır”, - o, qeyd edib.

Antona Qeraşenkonun fikrincə, Qorlovka, Staxanov və separatçıların digər dayaq məntəqələrindəki bazalara əks-zərbələr endirmək lazımdır. O, əlavə edib ki, Debaltsevonun tutulması üzrə əməliyyat Rusiya Silahlı Qüvvələrinin Baş qərargahında hələ ötən ilin sentyabrında hazırlanıb.

Qeyd edək ki, separatçılar bir neçə gün əvvəl Debaltsevoda Ukrayna hərbçiləri üçün İlovaysdan sonra növbəti “cəhənnəm”i təşkil edəcəyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm