Obama ABŞ-Rusiya müharibəsi ehtimalını qiymətləndirdi
Bizi izləyin

Dünya

Obama ABŞ-Rusiya müharibəsi ehtimalını qiymətləndirdi

“Düşünmürəm ki, ABŞ və dünya üçün Birləşmiş Ştatlar və Rusiya arasındakı real hərbi münaqişəni görmək arzuolunandır”.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama CNN telekanalına müsahibəsində deyib.

ABŞ prezidenti əminliyi ifadə edib ki, Ukrayna hadisələri, xüsusi olaraq Krımın ilhaqı Rusiyanın diplomatik təcridinə gətirib çıxarıb. Həmçinin, Obamanın sözlərinə görə, Ukrayna böhranı Avropanın Rusiya ilə münasibətlərinin kəskin dəyişməsinə səbəb olub. Obamanın fikrincə, hazırkı vəziyyətdə Rusiya üçün yaxşı ola biləcək düstur yoxdur.

ABŞ prezidentinin sözlərinə görə, Qərbin sanksiyalarla bağlı siyasəti öz effektivliyini sübut edib: “ABŞ və Rusiya arasında hərbi münaqişə ehtimalını istisna edirəm. Ancaq Vaşinqton Şərqi Avropada NATO-nun gücləndirilməsinə çalışacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm