Zəvvarların avtobusu partladıldı
Bizi izləyin

Dünya

Zəvvarların avtobusu partladıldı

Suriyanın paytaxtı Dəməşqdə siə zəvvarları daşıyan avtobusun partlayışı nəticəsində 7 adam həlak olub, 20 nəfər yaralanıb.

Publika.az-ın məlumatına görə, terror aksiyası kimi qiymətləndirilən hücum 5 kiloqram partlayıcı maddənin avtobusun ön hissəsinə yerləşdirilməsi ilə həyata keçirilib. İkinci cihazın zərərsizləşdirilməsinə nail olunub.

Suriyanın Əl-Qaidə ilə əlaqəsi olan Nüsrə Cəbhəsi hücumun məsuliyyətini üzərinə götürüb. Qrup avtobusda olan sərnişinlərin Hizbullah döyüşçüləri olduğunu bildirib.

Suriyanın 4 ildir davam edən münaqişəsi səbəbi ilə o ölkəyə ziyarətə gedən 200 min şiə zəvvar həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm