Debaltsevoda ruslarla vuruşan azərbaycanlı “kiborq” - FOTOLAR
Bizi izləyin

Dünya

Debaltsevoda ruslarla vuruşan azərbaycanlı “kiborq” - FOTOLAR

Donetsk aeroportunun itirilməsindən sonra Rusiya tərəfindən dəstəklənən separatçı qüvvələr əsas diqqətini Donetsk vilayətinin Debaltsevo və Mariupol şəhərlərinə yönəldib.

Debaltsevo şəhəri ətrafında hazırda şiddətli döyüşlər gedir. Separatçılar şəhəri müdafiə edən Ukrayna hərbçilərinə növbəti “cəhənnəm” hazırlayacaqlarına söz verirlər.

Xatırladaq ki, Ukrayna hərbçiləri üçün “cəhənnəm” bundan əvvəl İlovaysk rayonunda təşkil olunub.

Rusiya mətbuatı bu ərazidə 8 mindən çox ukraynalı döyüşçünün mühasirəyə düşdüyünü deyir. Ancaq Ukrayna tərəfi bunu təzkib edir.

Yerli sakinlərin məlumatına görə, Debaltsevo son yarım il ərzində Donetsk vilayətinin ən qaynar nöqtələrindəndir. Rayonda döyüş əməliyyatları praktik olaraq hər gün aparılır.

Ukraynalılar arasında həmyerlilərimiz də çoxdur. Onlardan biri, “SPARTA” batalyonunun döyüşçüsü, “kiborq” Vidadi İsrafilov bu gün sosial şəbəkələrdə fotolarını paylaşıb.

Publika.az həmin fotoları təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm