Dünya
ABŞ Türkiyənin qlobal siyasətdəki rolu haqda: Ərdoğan əsas aktora çevrilib
ABŞ-ın “Foreign Policy” nəşri Türkiyənin qlobal siyasətdə artan rolunu təhlil edərək, prezident Rəcəb Tayyib Ərdoğanın beynəlxalq böhranların idarə olunmasında mühüm fiqura çevrildiyini yazıb.
Publika.az xəbər verir ki, nəşrə görə, Avropa ölkələri Ərdoğanın ABŞ prezidenti Donald Trampla qurduğu şəxsi münasibətlər sayəsində Vaşinqtondan qaynaqlana biləcək mümkün böhranları tarazlaya biləcəyinə inanır.
Məqalədə vurğulanır ki, Türkiyə təkcə NATO-nun cənub-şərq cinahını qoruyan ölkə deyil, həm də Qara dəniz, Yaxın Şərq və Ukrayna məsələlərində vasitəçilik edə bilən azsaylı dövlətlərdən biridir.
Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri isə Türkiyənin müdafiə sənayesindəki inkişafın Avropanın müdafiə planlaşdırılmasında ölkənin rolunu daha da artırdığını qeyd edib.
Bununla yanaşı, Yunanıstanın "Militaire" nəşri NATO Liderlər Zirvəsi çərçivəsində Ərdoğanla Tramp arasında gözlənilən görüşün F-35 proqramından NATO-nun təhlükəsizlik arxitekturasına qədər bir sıra geosiyasi məsələlərə təsir göstərə biləcəyini yazıb.
"Middle East Eye" nəşri isə Türkiyənin artan təsiri və müdafiə sənayesindəki nailiyyətlərinin İsraildə narahatlıq yaratdığını bildirib.
Müəllif: Roza
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı

































