Krım tatarları “Böyük üçlüyün” abidəsinə qarşı çıxdılar
Bizi izləyin

Dünya

Krım tatarları “Böyük üçlüyün” abidəsinə qarşı çıxdılar

Krım tatarlarının milli hərəkatı “Böyük üçlüyün” (Stalin, Ruzvelt və Çörçil) Yaltada abidəsinin ucaldılması ilə bağlı Krım hakimiyyətinin qərarına etiraz edib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, etiraz məktubu Rusiya hakimiyyətinə göndərilib.

Hərəkatin nümayəndələri abidənin ucaldılmasını “terror və neostalinizmə qayıdışın açıq əlaməti kimi” qiymətləndirilər. Hesab olunur ki, abidənin ucaldılması Krım cəmiyyətində ən böyük parçalanmaya gətirib çıxaracaq.

Müraciət Rusiya prezidenti Vladimir Putin, Dövlət Duması, Federasiya Şurası və Rusiya Baş prokurorluğuna göndərilib.

Qeyd edək ki, Hitler əleyhinə koalisiyanın üç ölkəsi - SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin iştirakı ilə Yalta konfransı 1945-ci il fevralın 4-dən 11-dək keçirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm