183 “qardaşa” ölüm hökmü
Bizi izləyin

Dünya

183 “qardaşa” ölüm hökmü

Misir məhkəməsi 2013-cü ilin avqustunda polislərin qətlində iştirakda ittiham olunan “Müsəlman Qardaşları” Təşkilatının 183 tərəfdarını ölüm cəzasına məhkum edib.

Publika.az “Reuters” xəbər agentliyinə istinadən xəbər verir ki, onlardan 34-nün barəsində qiyabi hökm çıxarılıb.

Bundan başqa, iki nəfərin üzərindəki ittihamlar geri götürülüb, daha bir nəfər isə on il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, “Müsəlman Qardaşları” Təşkilatının tərəfdarları hüquq-mühafizə orqanlarının 16 əməkdaşının ölümündə ittiham olunur. “Müsəlman Qardaşlar” 2013-cü ilin yayında hərbçilərin hakimiyyətə gəlişindən sonra terror təşkilatı kimi tanınıb və yüzlərlə üzvü barəsində ölüm hökmü çıxarılıb. Hakimiyyətdən devrilən prezident Məhəmməd Mursinin özü terrorçularla əməkdaşlıqda və polislərin qətlində ittiham edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm