Putin məhbusları kütləvi şəkildə əfv edəcək - MÜHARİBƏ ÜÇÜN
Bizi izləyin

Dünya

Putin məhbusları kütləvi şəkildə əfv edəcək - MÜHARİBƏ ÜÇÜN

Rusiya Donbas hövzəsində müharibə üçün 9 mayda məhbusları kütləvi şəkildə əfv edəcək.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sədrinin köməkçisi Markiyan Lubkivski brifinqdə bildirib.

Onun sözlərinə görə, Moskva Donbas hövzəsində sıraları seyrələn döyüşçülərin yerini azad olunan məhbuslarla doldurmaq niyyətindədir. Markiyan Lubkivski qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidməti bu informasiyanı operativ mənbələrdən alıb.

“Bu, onun göstəricisidir ki, Rusiya Federasiyası dayanmaq fikrində deyil. Bu gün Ukraynaya qarşı məqsədyönlü şəkildə müharibə aparılır. Heç kəsi qorxutmaq və ya əsəbilik yaratmaq istəmirəm. Amma istəyirəm ki, bu gün bizə qarşı aktiv müharibənin aparıldığını hamı anlasın. Ölkəmizin müdafiəsi üçün hamımız hazır olmalıyıq” - o əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm