Rusiya "Gecə ovçusu”nu İraqa göndərdi
Bizi izləyin

Dünya

Rusiya "Gecə ovçusu”nu İraqa göndərdi

Rusiya "Gecə ovçusu” adlanan Mi-28NE döyüş helikopterlərinin ikinci hissəsini İraqa təhvil verib.

Axar.az xəbər verir ki, məlumatı İraq Müdafiə Nazirliyi təsdiq edib. Bildirək ki, havada və quruda hədəfləri vura bilən vertolyotlar gündüz və gecə təyinatlıdır.

Hava şəraitindən asılı olmayaraq əməliyyatlarda iştirak edə bilən helikopterlər eyni zamanda alçaq səviyyədə uça bilir. Bu helikopterlər eyni vaxtda tank əleyinə mərmi, hava hücumundan müdafiə və digər raketlərlə təchiz olunub.

Xatırladaq ki, sözügedən helikopterlərin İraqa verilməsi üçün 2012-ci ilin oktyabrında İraqın sabiq baş naziri Nuri Əl Maliki ilə 4,3 milyard dollarlıq müqavilə imzalanmışdı.

Anlaşmaya görə, Rusiya 28 ədəd Mi-35M və 15 ədəd Mi-28NE helikopteri İraqa təslim etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm