Donbasda Putinin şəxsi düşməni həlak oldu
Bizi izləyin

Dünya

Donbasda Putinin şəxsi düşməni həlak oldu

Ukraynanın Donetsk vilayətinin Debaltseva rayonunda "Cövhər Dudayev adına batalyon"un komandiri, Rusiya prezidenti Vladimir Putinin şəxsi düşməni İsa Munayev həlak olub.

Publika.azunian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı və "Donbas" batalyonunun komandiri Semen Semençenko “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Munayev öz həyatı bahasına Debaltsevanın mühasirəyə düşməsinə imkan verməyib. Semençenko qeyd edib ki, Debaltsevada növbəti “cəhənnəm” yetişirdi - terrorçular və Rusiya Federasiyasının qoşunları Çernuxino ərazisində rota dayaq məntəqələrinin xəttini yarmağa çalışırdılar.

İsa Munaevin həlak olmasının dəqiq şəraiti hələlik məlum deyil. Onun həlak olması barədə informasiyanı Ukraynanın xalq deputatı Boris Filatov da təsdiqləyib.

Çeçen müharibəsi zamanı isə Rusiyanın hərbi qüvvələrinə qarşı vuruşan İsa Munayev separatçılara və Rusiya qoşunlarına qarşı Donbasda keçirilən əməliyyatlarda fəal iştirak edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm