Nigeriya prezidentinə sui-qəsd: 5 ölü, 8 yaralı
Bizi izləyin

Dünya

Nigeriya prezidentinə sui-qəsd: 5 ölü, 8 yaralı

Nigeriyanın şimal-şərqində, dövlət başçısı Qudlak Conatanın seçki kampaniyası çərçivəsində təşkil etdiyi mitinqdə partlayış olub.

Publika.az xəbər verir ki, partlayış prezident mitinqdən ayrıldıqdan 20 dəqiqə sonra baş verib. Nəticədə 5 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə şahidlərinin dediyinə görə, hücum edən şəxs intiharçı qadın olub. O üzərindəki bombanı partlatmaqla terror aktı həyata keçirib. Partlayışın məsuliyyətini hələlik heç bir təşkilat öz üzərinə götürməsə də, Boko Haramdan şübhələnilir.

Qeyd edək ki, fevralın 14-də Nigeriyada prezident seçkiləri keçiriləcək. Ölkənin hazırkı prezidenti Qudlak Conatan üçüncü dəfə öz namizədliyini irəli sürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm