Dünya
Rusiyadan növbəti səhv: Almaniyadan 4 milyard təzminat tələb ediləcək
Rusiya Dövlət Dumasının deputatları SSRİ-yə hücuma görə Almaniyadan təzminat tələb etməyi təklif ediblər.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, məsələ ilə bağlı xüsusi işçi qrupu məşğul olacaq.
“Faktiki olaraq Almaniya Böyük Vətən Müharibəsi illərində dağıntılar və törətdiyi vəhşiliklərə görə SSRİ-yə heç bir təzminat ödəməyib. Müharibədən sonra təzminatların alınmasının dayandırılması barədə Almaniya Demokratik Respublikası ilə razılaşma imzalanıb. Almaniya Federativ Respublikası, xüsusən birləşmiş Almaniya ilə belə bir razılaşma yoxdur. Deməli, təzminat məsələsi qaldırılmalıdır” - Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Mixail Deqtyarev bildirib.
Rusiyalı deputat xatırladıb ki, Almaniya hətta II Dünya Müharibəsində iştirak etməyən ölkələrə belə təzminat verib: “İsrail yəhudilərə qarşı soyqırıma əvəz olaraq Almaniyadan 60 milyard avrodan çox alıb. Müharibədə 6 milyon yəhudi öldürülmüşdü. Amma SSRİ-nin öldürülən 27 milyon insanına heç nə ödənilmədi. Düşünürəm ki, cari qiymətlərlə təzminatların yekun məbləği ən azı üç-dörd milyard avro olmalıdır. Bu məbləğ SSRİ-nin qanuni varisi olan Rusiyaya ödənilməlidir”.
Qeyd edək ki, Yunanıstanın yeni baş naziri Aleksis Çipras ötən ayın sonunda Almaniyaya təzminat iddialarını təqdim etmək niyyətində olduqlarını bildirib. Bəzi qiymətləndirmələrə görə, Almaniyadan tələb olunacaq təzminatların məbləği 11 milyard avrodan 50 milyard avroya qədər təşkil edə bilər. Almaniya artıq rəsmi Afinanın iddialarına cavab verib və bildirib ki, Yunanıstana heç nə ödəmək niyyətində deyil.
Ömər Dağlı
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI