Kiyev Putinin “xahişini” yerinə yetirdi - QADAĞA
Bizi izləyin

Dünya

Kiyev Putinin “xahişini” yerinə yetirdi - QADAĞA

Rusiya Federasiyasının vətəndaşları Ukraynaya yalnız xarici pasportla daxil ola biləcəklər.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna hökumətinin “Ukrayna və Rusiya vətəndaşlarının vizasız səfərləri haqqında razılaşma”nın icrasının dayandırılması haqqında qətnaməsində deyilir.

Ukrayna hökumətinin mətbuat xidmətindən bildirilib ki, müvafiq qətnamə baş nazir Arseniy Yasenyuk tərəfindən imzalanıb. Baş nazir Ukrayna-Rusiya sərhədində nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib.

Ukrayna baş naziri xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin vaxtilə dövlət sərhədindən keçərkən xarici pasportlardan istifadə edilməsi üçün xahiş edirdi: “Biz məhz Rusiyanın xahişini yerinə yetirdik. Vladimir Putin xarici pasportlardan istifadə edilməsini xahiş edirdi. Sərhəddə nəzarəti gücləndirmək Ukraynanın milli təhlükəsizlik maraqlarını təmin etməyə imkan verəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm