ABŞ-dan İrəvana şok: tarixdə ən aşağı yardım
Bizi izləyin

Dünya

ABŞ-dan İrəvana şok: tarixdə ən aşağı yardım

ABŞ Dövlət Administrasiyası 2016-cı ildə Cənubi Qafqaz ölkələrinə maliyyə yardımı ilə bağlı yeni büdcə layihəsini Konqresə təqdim edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sənəddə Ermənistan və Azərbaycana maliyyə yardımının azaldılması təklif edilir.

Ermənistana ayrılması təklif olunan maliyyə yardımı 18,36 milyon dollardır. Bu, 2014-cü illə müqayisədə 2 milyon dollar daha azdır. Sənəd Konqres tərəfindən qəbul olunarsa, bu bütün tarix boyu ABŞ-ın Ermənistana ayırdığı ən aşağı məbləğ olacaq.

Dövlət Administrasiyası Azərbaycana 7,978 milyon, Gürcüstana isə 50,552 milyon dolların ayrılmasını təklif edib. Bundan başqa, sənəd qəbul olunarsa, Azərbaycan və Ermənistanın hər biri ABŞ-dan 1,7 milyon dollar alacaq. Gürcüstan isə hərbi yardım almayacaq. Beynəlxalq hərbi təhsil üçün Azərbaycan 600 min, Ermənistan 600 min, Gürcüstan isə 2,2 milyon dollar alacaq.

Dövlət Administrasiyasının hazırladığı sənədlə bağlı Amerika Milli Konqresinin icraçı direktoru Aram Ambaryan narahatlığını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm