Fətullah Gülən Amerikadan qaçır - İDDİA
Bizi izləyin

Dünya

Fətullah Gülən Amerikadan qaçır - İDDİA

“Paralel dövlət” Türkiyənin ABŞ-dan istədiyi Fəthullah Güləni Kanadaya köçürmək istəyir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Ergenekon” işində adı hallanan Tuncay Güney kimi camaat liderinin də Kanadaya qaçacağı bildirilir.

Fəthullah Gülənin əsl üzünü ortaya çıxarmaq üçün sənədli film çəkən rejissor Serkan Koçun sözlərinə görə, məşhur amerikalı jurnalist Vayne Madsen Gülənin sığınacaq almaq üçün Kanada hökuməti ilə görüşdüyünü deyib. Qeyd olunur ki, cinayətkarların mübadiləsi ilə bağlı Kanada və Türkiyə arasında razılaşmanın olmaması bu ölkənin “paralel quruluş”üçün əhəmiyyətini artırır.

Türkiyə mətbuatı həmçinin iddia edir ki, bir müddət əvvəl Cənub Afrika Respublikasında fəaliyyət göstərən bir qeyri-hökumət təşkilatı Türkiyə Baş nazirliyinə göndərdiyi məktubda “paralel quruluş”un Fəthullah Gülənin bu ölkəyə sığınması üçün çalışdığı qeyd olunub. Ancaq sonradan bu variantdan imtina edildiyi deyilir. Tuncay Güneylə yanaşı, Türkiyədə barəsində həbs qərarı çıxarılan bir çox şəxsin Kanadada gizlənməsi də bu ölkəni “paralel quruluş” üçün daha cəlbedici edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm