Türkiyə sərhədində “Berlin divarı” inşa edilir
Bizi izləyin

Dünya

Türkiyə sərhədində “Berlin divarı” inşa edilir

Bolqarıstan Türkiyə ilə sərhəddə “Berlin divarı”nın inşası barədə qərar verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, divarın uzunluğu 82 kilometr olacaq.

Bolqarıstan divarın köməyi ilə ölkəsinə, oradan isə Avropanın digər ölkələrinə minqrantların axınının qarşısını almaq niyyətindədir. Türkiyə ilə sərhəddə çəkilən tikanlı məftillər isə bunu etməyə imkan vermir.

İnşa ediləcək divarın eynilə Berlin divarı kimi olacağı deyilir. Divarın hər kilometri 500 min avroya başa gələcək. Yeni divarda gecəgörmə cihazları da quraşdırılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm