Yanukoviç prezidentlikdən məhrum edildi – 1 il sonra
Bizi izləyin

Dünya

Yanukoviç prezidentlikdən məhrum edildi – 1 il sonra

Ukraynanın Ali Radası bugünkü iclasında sabiq prezident Viktor Yanukoviçin Ukrayna prezidenti rütbəsindən məhrum edilməsi haqqında qanun layihəsini təsdiq edib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, qanun layihəsini 281 deputat dəstəkləyib.

“Padikal”, “Batkivşina” və “Xalq Cəbhəsi” partiyaları qanun layihəsinin təşəbbüskarları idilər.

Qeyd edək ki, Viktor Yanukoviç 2014-cü ilin fevral ayının 22-də Ukraynanı tərk edib. Onun barəsində Ukraynada cinayət işi qaldırılıb. Ölkənin keçmiş rəhbərinin olduğu yer haqqında dəqiq məlumat olmasa da, onun Rusiya yaşadığı bildirilir. Hətta Kiyev iddia edir ki, Rusiya prezidenti Vladimir Putin Yanukoviçə Rusiya Federasiyası vətəndaşlığının verilməsi barədə gizli fərman imzalayıb.

Ötən ilin sonunda Rusiya prezidentinin özü də etiraf edib ki, Ukraynanın keçmiş dövlət başçısına əvvəlcə Krıma, daha sonra Rusiyaya keçməyə kömək edib. Putin bildirib ki, Yanukoviç Rusiya hakimiyyətindən onun şəxsi təhlükəsizliyini təmin etməyi xahiş edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm