Baldızını qaçıran yeznə qayınatasının sifarişilə qətlə yetirildi - TƏFƏRRÜAT
Bizi izləyin

Dünya

Baldızını qaçıran yeznə qayınatasının sifarişilə qətlə yetirildi - TƏFƏRRÜAT

19 yaşlı qız bacısının ərinə qoşulub evdən qaçıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yaşca özündən böyük bacısının imam nikahlı əri Hamdullah Ayaydına qoşulub Mardindən İstanbula qaçmağa çalışan Ceylan İ. avtovağzalda bir neçə şəxs tərəfindən hücuma məruz qalıb.

Bədəninin müxtəlif nahiyələrindən bir neçə bıçaq zərbəsi alan Ceylan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Gənc qız polisə verdiyi ifadəsində bildirib ki, hücum zamanı onun yanında olan yeznəsi Hamdullah aldığı bıçaq zərbələrindən dünyasını dəyişib:

«9 ay bundan öncə Hamdullahla aramızda romantik münasibətlər yarandı. Biz bir-birimizi çox sevirdik. Bir müddət sonra qaçmaq qərarına gəldik. Lakin sonra əməlimizdən peşman olub evə qayıtdıq. Hər şeyi ailəmizə, yaxınlarımıza etiraf etdik. Məqsədimiz evlənməyimizə razılıq almaq idi. Lakin «Siz bacı-qardaş, yeznə-baldız sayılırsınız. Evlənməyiniz mümkün deyil»,- deyə etiraz etdilər».

Ceylanın sözlərinə görə, bundan sonra onlar yenidən evdən qaçmaq qərarına gəliblər: «Atam 2 qardaşımı və 3 əmioğlunu arxamızca Viranşehirə göndərdi. Onlar hansı avtobusa minəcəyimizi öyrəndikdən sonra bizi izləməyə başladılar. Hadisə baş verdiyi vaxt Hamdullahla avtovağzaldaydıq. Əmioğlanlarından biri yanımıza gəldi və «Siz nə üçün bu cür addım atdınız» sualını verdi. Onunla söhbətləşdiyimiz vaxt qardaşlarım və digər əmim oğlulları da yanımıza gəldilər. Mübahisə yarandı. Əmim oğulları Hamdullaha hücum çəkdilər, ona bir neçə dəfə bıçaq zərbəsi endirdilər. Qardaşlarım isə «Sən nə elədin?» deyə mənə hücum etdilər. Onlar məni çiynimdən, kürəyimdən və sinəmdən bıçaqladılar. Bu vaxt Hamdullah artıq yerə sərilmişdi».

Qeyd edək ki, sözügedən cinayət hadisəsinin sifarişçisi kimi adı hallanan Ceylan İ.-nin atası Sabri İ. artıq məhkəmə qarşısına çıxarılıb. Lakin onun əməli sübuta yetirilmədiyindən sərbəst buraxılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm