İsrail əsgərləri Fələstində məktəbə hücum etdi
Bizi izləyin

Dünya

İsrail əsgərləri Fələstində məktəbə hücum etdi

İsrail əsgərləri Qərbi Şeriada bir məktəbə basqın təşkil edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əsgərlər məktəbdə gözyaşardıcı qaz və səs bombasından istifadə ediblər.

Məlumata görə, İsrail əsgərləri məktəbə basqının səbəbinin onların üzərinə daş atılması olduğunu bildirib.

Lakin məktəbin rəhbəri Adnan Hüseyn iddiaları rədd edib. Onun sözlərinə görə, basqın təhsil prosesinə maneə olmaq və məktəblərin bağlanmasına nail olmaq üçün davamlı şəkildə həyata keçirilən siyasətin tərkib hissəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm