Kral İŞİD-ə meydan oxudu
Bizi izləyin

Dünya

Kral İŞİD-ə meydan oxudu

İordaniya Kralı özünü İslam Dövləti adlandıran qruplaşmanın İslamla heç bir əlaqəsi olmayan qorxaq və kriminal terrorçu təşkilat adlandırıb.

Publika.az-ın məlumatına görə, İordaniya Kralı II Abdulla ölkənin Hərbi Hava Qüvvələrinin əsir götürülmüş pilotu Muaz əl-Kasasbeyə İŞİD silahlıları tərəfindən diri-diri yandırılmasından sonra belə bir bəyanatla çıxış edib.

İşgəncə ilə qətlə yetirilən qəhrəmanın ailəsinə və İordaniya xalqına başsağlığı verən Kral II Abdulla bildirib ki, M.Kasasbe öz vətənini, xalqını və etiqadını müdafiə edərək əsl qəhrəman kimi şəhid olub və “bu çətin anlarda bizim borcumuz birləşərək üzləşdiyimiz çətinliklərə və təhdidlərə qarşı mübarizə aparmaqdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm